16:57 20-08-2008
news_image
348
STOLÜSTÜ OYUNLAR

Azərbaycan şahmatçıları İspaniyada keçirilən turniri ilk “üçlük”də başa vurublar

Bakı. Kənan Həsənov - APA-Sport. İspaniyanın Manresa şəhərində təşkil olunan beynəlxalq şahmat turnirinə yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, yarışı Azərbaycan şahmatçıları üçün uğurlu saymaq olar. Belə ki, 9 oyundan 7 xal toplayan Loğman Quliyevlə Rəşad Babayev müvafiq olaraq 2-ci və 3-cü yeri tutublar. Təmsilçilərimizi əlavə əmsallara görə, eyni nəticə göstərən reytinq favoriti Lazaro Bruzon (Kuba) qabaqlayıb. Turnirdə 10 ölkədən 90 şahmatçı mübarizə aparıb.