22:06 26-04-2021
news_image
94
FUTBOL

“Şöhrət zalı”nın ilk sakinləri - Premyer Liqada

İngiltərə Premyer Liqasında “Şöhrət zalı” yaradılıb.

Apasport.az saytının məlumatına görə, ora düşən ilk futbolçular da artıq məlum olub.

Premyer Liqa tarixinə düşən Tyerri Anri və Alan Şirer “Şöhrət zalı”nın ilk sakinləri olublar. “Sauthempton”, “Blekbern” və “Nyukasl” kimi klublarda çıxış etmiş Şirer aktivinə 441 qol yazdırıb. İngiltərə millisinin sabiq forvardı FİFA-nın ən yaxşı 100 futbolçusu siyahısına da düşüb.

Anri isə “Arsenal”ın formasını geyinib (1999-2007, 2012), 258 liqa matçında 175 qola imza atıb, 4 dəfə mövsümün bombardiri olub.