22:41 26-04-2021
news_image
318
FUTBOL

Neymar transfer olundu – yeni ampluada

Braziliya millisinin və Fransa PSJ-sinin futbolçusu Neymar yeni obrazda azarkeşlər önünə çıxıb.

Apasport.az saytının məlumatına görə, hücumçu məşhur oyun olan “Fortnite” kral döyüşlərinə əlavə edilib.

“Epic Games” şirkəti Neymarın oyuna qoşulacağını açıqlayıb. Cənubi amerikalı aprelin 27-dən oyundakı obrazlardan olacaq.

Qeyd edək ki, “Fortnite” 2017-ci ildə yaradılan onlayn oyundur.