15:05 26-04-2021
news_image
209
FUTBOL

Tarixi rekordunu təkrarlaya bilər – “Milan”la oyunda

“Latsio” tarixi rekordunu təkrarlaya bilər.

Apasport.az saytının məlumatına görə, Roma klubu bunun üçün İtaliya A seriyasının XXXIII turunda “Milan” üzərində qələbə qazanmalıdır.

Əgər paytaxt təmsilçisi bunu reallaşdırsa, öz meydanında ardıcıl 10-cu qələbəsini qazanacaq. “Latsio” bu göstəriciyə iki dəfə - 1934 və 1974-cü illərdə nail olub.

Qeyd edək ki, bu gün keçiriləcək “Latsio” – “Milan” oyunu Bakı vaxtı ilə 22:45-də başlayacaq.