17:02 26-04-2021
news_image
154
FUTBOL

83 milyon avro – Premyer Liqa klublarına

İngiltərə Premyer Liqasında çıxış edən klubların hərəsi 83 milyon avro qazanıb.

Apasport.az saytının məlumatına görə, buna “Uotford”la “Norviç”in bir illik fasilədən sonra elitaya qayıtması səbəb olub.

Məsələ ondadır ki, Premyer Liqanı tərk edən hər klub növbəti üç il ərzində təşkilatçılardan “paraşüt haqqı” adlanan vəsait alır. “Uotford”la “Norviç”in Çempionşipdən tez qayıtması üzündən həmin vəsaitin qalan hissəsinin bütün klublar arasında bölünməsi ilə nəticələnib.

Qeyd edək ki, Premyer Liqaya üçüncü vəsiqəni “Bornmut” qazansa, bu məbləğ daha da artırılacaq.