09:01 27-04-2021
news_image
70
FUTBOL

“Bavariya” ilə müqaviləsinin detalı müəyyənləşdi - Naqelsmannın

“Leypsiq”in baş məşqçisi Yulian Naqelsmann “Bavariya”nın sükanı arxasına keçməyə çox yaxındır.

Apasport.az saytının məlumatına görə, gənc mütəxəssis Münhen klubu ilə şəxsi müqaviləni razılaşdırıb.

Tərəflərin anlaşmasının detalları da artıq müəyyənləşib. 33 yaşlı çalışdırıcı Bundesliqa nəhəngi ilə 5 illik sazişə qol çəkəcək. “Bavariya” bu keçid müqabilində çalışdırıcının klubuna 20-30 milyon avro təzminat ödəməlidir. Naqelsmann da “Leypsiq” rəhbərliyinə onu buraxmasını xahiş edib.

Qeyd edək ki, “Bavariya”nın hazırkı baş məşqçisi Hans-Diter Flikin mövsümün sonunda postundan ayrılaraq Almaniya millisinə təyin olunması gözlənilir.