09:37 27-04-2021
news_image
69
FUTBOL

3 illik müqavilə - PSJ-də

PSJ-nin qapıçısı Keylor Navasın taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, 34 yaşlı qolkiper daha 3 il Paris təmsilçisində qalacaq.

Son vaxtlar əla performansla diqqət çəkən Kosta Rika millisinin üzvü komandası ilə 2024-cü ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb. Navas özü də sosial şəbəkə vasitəsilə yeni sazişə qol çəkdiyini bəyan edib.

Qeyd edək ki, Keylor Navas PSJ-yə 2019-cu ildə “Real”dan keçib.