11:27 02-05-2021
news_image
98
FUTBOL

Ən yaxşı yerli futbolçuları - Premyer Liqa tarixinin

İngiltərə Premyer Liqası tarixinin ən yaxşı yerli futbolçularının adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, siyahıya 30 futbolçu salınıb.

Adətən ingilislər karyeralarını Premyer Liqaya həsr edir, legioner həyatı yaşamırlar. Tək-tük oyunçu sonradan başqa ölkədə çıxış edib. Araşdırma zamanı futbolçuların Premyer Liqadakı performansı ilə yanaşı, orada nə qədər qalması da nəzərə alınıb.

Maraqlıdır ki, ilk “10-luq”da qərarlaşanlardan yalnız biri - Harri Keyn karyerasını davam etdirir. Yəni onun hələ də siyahıda irəliləmək şansı var. 11-ci olan Rahim Sterlinqin isə uğurlu çıxışını davam etdirəcəyi təqdirdə ən yaxşı “10-luğ”a düşməsi qaçılmaz olar.

Premyer Liqa tarixinin ən yaxşı yerli futbolçuları:
1. Stiven Cerrard
2. Alan Şirer
3. Pol Skoulz
4. Ueyn Runi
5. Frenk Lempard
6. Con Terri
7. Harri Keyn
8. Devid Bekhem
9. Eşli Koul
10. Rio Ferdinand
11. Rahim Sterlinq
12. Toni Adams
13. Robbi Fouler
14. Maykl Ouen
15. Matt Le Tisser
16. Sol Kempbell
17. Pol İns
18. Qari Nevill
19. Peter Bardsli
20. Devid Simen
21. Teddi Şeringem
22. Endi Koul
23. Cordan Henderson
24. Stiv Makmanaman
25. Con Barns
26. Yan Rayt
27. Les Ferdinand
28. Ceymi Vardi
29. Styuart Pirs
30. Stan Kollimur