10:42 27-04-2021
news_image
111
FUTBOL

Çempionluq qazanmayan ən dəyərli futbolçular - ADLAR

İngiltərə Premyer Liqasını hələ də qazana bilməyən ən dəyərli futbolçuların adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, 6 oyunçunun yer aldığı siyahıda qızıl medal qazanmayanlar arasında transfer qiyməti ən yüksək olan oyunçular yer alıb.

1. Harri Keyn - 120 milyon avro
27 yaşlı Keyn karyerası ərzində çempionluq qazanmayan ən dəyərli futbolçudur. “Tottenhem”in forvardının transfer qiyməti 120 milyon avroya bərabərdir. Ulduz futbolçu 2 dəfə Premyer Liqanın, 1 dəfə də dünya çempionatının bombardiri olub.

2. Xın-Min Son - 85 milyon
“Tottenhem”in cənubi koreyalı ulduz futbolçusu da çempionluq tituluna həsrətdir. Halbuki ölkəsində 6 dəfə, “Tottenhem”in heyətində isə 2 dəfə ilin futbolçusu seçilib.

3. Kay Haverts - 70 milyon
“Çelsi”nin gənc yarımmüdafiəçisi karyerasına “Bayer”də başlayıb və orada titul üzü görməyib. 21 yaşlı futbolçunun komandası hazırda Çempionlar Liqasında finala vəsiqə uğrunda mübarizə aparır, həmçinin İngiltərə kubokunda final matçı keçirəcək. Ancaq “Çelsi” üçün Premyer Liqa çempionluğu arzusu ən azı növbəti mövsümə qaldı.

4. Cek Qriliş - 60 milyon
“Aston Villa” akademiyasının kəşfi olan 25 yaşlı Qriliş bu klubdakı çıxışı ilə diqqətləri üzərinə çəkib. Hələ də titul qazanmayan vinger cari mövsüm 7 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb. Avropa nəhənglərinin maraq dairəsinə düşən Qriliş onlardan birinə keçərsə, çempionluq həsrətinə son qoya bilər.

5. Ceyms Maddison - 60 milyon
“Lester” Premyer Liqada çempionluq sevinci yaşasa da, Maddison həmin vaxt komandada deyildi. 25 yaşlı yarımmüdafiəçi bu kluba 2018-ci ildə keçib. Bu mövsüm 11 qol vuran Maddison 10 qolun da məhsuldar ötürməsini verib.

6. Deklan Rays - 60 milyon
2013-cü ildə “Çelsi”nin akademiyasını “Vest Hem”ə dəyişən Rays bu komandadakı performansı sayəsində dəyərini artırdı. 22 yaşlı dayaq yarımmüdafiəçisi cari mövsüm 1 qol, 1 məhsuldar ötürmə ilə seçilib.