13:01 27-04-2021
news_image
104
FUTBOL

“Bavariya” ilə 5 illik müqavilə bağladı – Naqelsmann Bundesliqa tarixinə düşdü

“Leypsiq”in baş məşqçisi Yulian Naqelsmannın mövsümün sonunda “Bavariya”nın sükanı arxasına keçəcəyi təsdiqlənib.

Apasport.az xəbər verir ki, hər iki klub rəsmi saytı vasitəsilə bunu bəyan edib.

Gənc mütəxəssis yaydan etibarən Münhen klubuna rəhbərlik edəcək və hazırkı baş məşqçi Hans-Diter Fliki əvəz edəcək. 33 yaşlı çalışdırıcı “Bavariya” ilə 5 illik müqaviləyə qol çəkib.

Onun keçidi “Leypsiq”ə 25 milyon avro qazandıracaq. Bununla Naqelsmann Bundesliqa tarixinin ən bahalı baş məşqçisi ünvanına yiyələnib.