13:43 27-04-2021
news_image
121
FUTBOL

Emersonu gətirir – “Barselona”

İspaniyanın “Barselona” klubu Emersonu heyətinə qatmaq niyyətindədir.

Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisi Braziliya gənclər yığmasının sağ cinah müdafiəçisinin hüquqlarının 50 faizinə sahibdir.

Barselonalılar hazırda “Betis”də icarədə olan Emersonun keçidində maraqlıdır. 2019-cu ilin yanvarında bu iki klub müdafiəçini “Atletiko Mineyro”dan ortaq transfer edib.

Qeyd edək ki, kataloniyalılar oyunçuya tam yiyələnmək üçün 9 milyon avro ödəməlidir.