13:58 27-04-2021
news_image
121
FUTBOL

Buffona 5 “elçi” – “Qalatasaray” da var

İtaliyanın “Yuventus” klubunun qapıçısı Canluici Buffon gələcək karyerası ilə bağlı variantları nəzərdən keçirir.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, veteran futbolçu bu yay Turin təmsilçisini tərk edəcəyindən yeni klub axtarışına çıxıb.

43 yaşlı qolkiperin hazırda 5 klubun maraq dairəsində olduğu bildirilir. Onlar arasında Türkiyə təmsilçisi “Qalatasaray” da yer alıb.

Buffonun transferində Kiyev “Dinamo”su (Ukrayna), “Olimpiakos” (Yunanıstan), “Aynstraxt” (Almaniya) və “Sportinq” (Portuqaliya) də maraqlıdır.