14:49 27-04-2021
news_image
1123
FUTBOL

Diskvalifikasiya olundu - Samir Abasov

Bakının “Neftçi” klubunun baş məşqçisi Samir Abasov cəzalandırılıb.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

Qurum bugünkü iclasında mütəxəssisin Premyer Liqanın XXIV turunun “Sabah” – “Neftçi” oyunundan sonrakı hərəkətlərini müzakirə edib. Abasov oyundan sonra dava-dalaşa təhrikedici hərəkətlər etməsi, aqressivlik göstərməsi, üstəlik mətbuat konfransı zamanı hakimin qərarlarını müzakirə etməsinə və qeyri-etik ifadələr işlətməsinə görə cəzaya layiq görülüb. O, 2 oyun diskvalifikasiya edilib. “Neftçi” 4000 manat cərimələnib.