15:40 27-04-2021
news_image
222
AVRO-2020

Sifariş vərəqinə daxil edilən futbolçuların sayı artırılır – AVRO-2020-də

UEFA AVRO-2020-nin iştirakçılarının sifariş vərəqinə daha çox futbolçu daxil etməsi müzakirə edir.

Apasport.az saytının məlumatına görə, qurum milli komandalara 26 oyunçunu heyətə daxil etməyə icazə verə bilər.

Bu addım yığmaların koronavirus yoluxması zamanı oyunçu çatışmazlığı ilə üzləşməməsi məqsədilə atılacaq. Bunadək komandalar yalnız 23 futbolçunu siyahıya daxil edirdi.

Qeyd edək ki, AVRO-2020-nin oyunları qitənin 11 şəhərində, o cümlədən Bakıda keçiriləcək.