00:00 02-05-2021
news_image
151
FUTBOL

Əvəzləmədən ən çox meydana daxil olanlar – “10-luq”

İstənilən futbolçu üçün oyuna ehtiyatdan başlamaq arzuolunmazdır.

Apasport.az saytının məlumatına görə, sonradan meydana daxil olanlar isə komandasına əlavə güc qatmaq, qurtarıcı olmaq istəyir.

İngiltərə Premyer Liqası tarixində əvəzləmədən meydana ən çox daxil olan futbolçuların adları açıqlanıb. Ötən həftəsonu “Nyukasl”la qarşılaşmanın 58-ci dəqiqəsində mübarizəyə qoşulan “Liverpul”un yarımmüdafiəçisi Ceyms Milner karyerasında 159-cu dəfə əvəzləmədən meydana daxil olaraq bu baxımdan rekordu ələ keçirib.

Premyer Liqa tarixində ehtiyatdan oyuna ən çox qoşulan 10 futbolçu bunlardır:

1. Ceyms Milner
Oynadığı komandalar: “Lids”, “Nyukasl”, “Aston Villa”, “Mançester Siti”, “Liverpul”
Premyer Liqada oyun sayı: 562
Əvəzləmədən meydana daxil olduğu oyun sayı – 159

2. Peter Krauç
Oynadığı komandalar:
“Aston Villa”, “Sauthempton”, “Liverpul”, “Portsmut”, “Tottenhem”, “Stok Siti”, “Bernli”
Premyer Liqada oyun sayı: 468
Əvəzləmədən meydana daxil olduğu oyun sayı – 158

3. Cermeyn Defo
Oynadığı komandalar:
“Vest Hem”, “Tottenhem”, “Portsmut”, “Sanderlend”, “Bornmut”
Premyer Liqada oyun sayı: 496
Əvəzləmədən meydana daxil olduğu oyun sayı – 149

4. Şeyn Lonq
Oynadığı komandalar:
“Ridinq”, “Vest Bromviç”, “Hall Siti”, “Sauthempton”
Premyer Liqada oyun sayı: 331
Əvəzləmədən meydana daxil olduğu oyun sayı – 148

5. Şol Ameobi
Oynadığı komandalar:
“Nyukasl”, “Kristal Pelas”
Premyer Liqada oyun sayı: 298
Əvəzləmədən meydana daxil olduğu oyun sayı – 142

6. Karlton Koul
Oynadığı komandalar:
“Çelsi”, “Çarlton”, “Aston Villa”, “Vest Hem”
Premyer Liqada oyun sayı: 289
Əvəzləmədən meydana daxil olduğu oyun sayı – 129

7. Co Koul
Oynadığı komandalar:
“Vest Hem”, “Çelsi”, “Liverpul”, “Aston Villa”
Premyer Liqada oyun sayı: 378
Əvəzləmədən meydana daxil olduğu oyun sayı – 123

8. Teo Uolkott
Oynadığı komandalar:
“Arsenal”, “Everton”, “Sauthempton”
Premyer Liqada oyun sayı: 365
Əvəzləmədən meydana daxil olduğu oyun sayı – 123

9. Nvankvo Kanu
Oynadığı komandalar:
“Arsenal”, “Vest Bromviç”, “Portsmut”
Premyer Liqada oyun sayı: 273
Əvəzləmədən meydana daxil olduğu oyun sayı – 118

10. Rayan Giqqz
Oynadığı komandalar:
“Mançester Yunayted”
Premyer Liqada oyun sayı: 632
Əvəzləmədən meydana daxil olduğu oyun sayı – 110