22:22 27-04-2021
news_image
140
FUTBOL

Çempionlar Liqasında yarımfinalların bombardirləri – Ronaldo , Levandovski, Messi...

Bu gün Çempionlar Liqasında (ÇL) yarımfinal mərhələsinə start verilir.

Apasport.az saytının məlumatına görə, ilk görüşlər öncəsi qitənin ən nüfuzlu turnirinin yarımfinal mərhələlərində ən çox qol vuran futbolçuların adları açıqlanıb.

1. Kriştiano Ronaldo - 13 qol
“Real”la 4, “Mançester Yunayted”lə 1 dəfə bu kuboku qazanan portuqaliyalı superulduz yarımfinal oyunlarının 21-də iştirak edib və bu baxımdan rekordçudur. 13 topla həm də turnirin final yolunda ən məhsuldar futbolçusudur.

2. Robert Levandovski - 7 qol
Bu mövsüm zədə səbəbindən 1/4 final görüşlərini buraxan polşalı forvard “Bavariya”nın yarımfinala adlamasına kömək edə bilməyib. Levandovski 2013-cü ildə Dortmund “Borussiya”sında olarkən yarımfinalda “Real”a qarşı bir oyunda 4 dəfə fərqlənib. Bununla o, yarımfinallar tarixində bir qarşılaşmada ən çox qol vuran oyunçu ünvanına sahibdir.

3. Lionel Messi - 6 qol
Çempionlar Liqasını 4 dəfə qazanan argentinalı superulduzun bu siyahıya düşməməsi sürpriz olardı. Karyerası ərzində yalnız “Barselona”nın formasını geyinən kapitan 15 dəfə finala vəsiqə uğrunda matçda meydanda olub.

4-5. Alessandro Del Pyero - 5 qol
“Yuventus”un əfsanəvi oyunçusu Alessandro Del Pyero 1996-cı ildə “qoca sinyora” ilə bu turnirin qalibi olub. İtaliyalı sabiq forvard ÇL-in yarımfinal oyunlarında 5 qol vurub.

4-5. Yari Litmanen - 5 qol
Finlandiya futbol tarixinin ən parlaq simalarından olan Litmanen 1995-ci ildə qitənin ən nüfuzlu turnirini qazanan “Ayaks”ın aparıcı oyunçusu idi. O da Del Pyero kimi, yarımfinallarda 5 dəfə fərqlənib.