16:55 27-04-2021
news_image
122
FUTBOL

Yeni müqavilə məsələsinə aydınlıq gətirdi - Neymar

PSJ-nin hücumçusu Neymar klubla müqavilə müddətinin uzadılması barədə yayılan xəbərlərə münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, braziliyalı ulduz futbolçu Paris təmsilçisi ilə hələ yeni saziş barədə anlaşmadığını söyləyib.

Ancaq o, bunda hər hansı bir problem görmür: “PSJ ilə hələ etibarlı müqaviləm var. Bu klubda xoşbəxt olduğumu dəfələrlə söyləmişəm. Uğurlu mövsüm keçiririk. İnkişaf etdirdiyim bəzi cəhətlər var. Çətin anlar da oldu, amma geridə qaldı. Bəzi insanların dediklərinin əksinə, daim peşəkar olmağa çalışmışam”.

Qeyd edək ki, Neymarın PSJ ilə müqavilə müddəti gələn ilin yayına qədərdir.