00:59 28-04-2021
news_image
147
FUTBOL

Rekorda şərik çıxdı – Mateus

Azərbaycan Premyer Liqasında cari mövsüm ən çox quru oyun keçirən qapıçıların siyahısında dəyişiklik olub.

Apasport.az saytının məlumatına görə, “Zirə”nin qolkiperi Mateus Albino çempionatda 11-ci dəfə qapısını toxunulmaz saxlayıb.

Braziliyalı bununla da Şahrudin Məhəmmədəliyevin rekordunu təkrarlayıb. İlk “üçlüy”ü Mehdi Cənnətov qapayır. “Sumqayıt”ın qapıçısı 8 quru oyun keçirib.

1-2. Şahrudin Məhəmmədəliyev (Qarabağ) – 11 
1-2. Mateus Albino (Zirə) - 11
3. Mehdi Cənnətov (Sumqayıt) - 8
4. Aqil Məmmədov (Neftçi) - 7
5. Stanislav Namaşko (Keşlə) - 5