17:32 27-04-2021
news_image
208
FUTBOL

Pirloya əvəzləyici tapıldı – mövsümün sonuna qədər

“Yuventus”un baş məşqçisi Andrea Pirlo postundan ayrılmaq təhlükəsi ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, komandanın Çempionlar Liqasından kənarda qalmaq ehtimalı rəhbərliyi radikal addıma vadar edir.

“Qoca sinyora” A seriyasının XXXIV turunda “Udineze”yə məğlub olarsa, turinlilər mövsümün sonunu gözləməyəcək, Pirlonu istefaya göndərəcək. Bu baş verərsə, mövsümün sonuna qədər onun köməkçisi İqor Tudor komandaya rəhbərlik edəcək.

Qeyd edək ki, Andrea Pirlo ötən mövsümün sonunda Mauritsio Sarrinin qovulmasından sonra baş məşqçi postuna gətirilib. “Yuventus” hazırda 66 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşır.