00:33 28-04-2021
news_image
101
FUTBOL

Aqueronun fikrindən daşındırmağa çalışır - “İnter”

“Mançester Siti”nin hücumçusu Serxio Aquero ilə maraqlanan klubların sayı artır.

Apasport.az saytının məlumatına görə, “Barselona” ilə ilkin razılığa gələn argentinalı forvard “İnter”in də diqqət mərkəzindədir.

Milan klubunun rəsmiləri 32 yaşlı oyunçunu fikrindən döndərməyə, İtaliyaya köçmək üçün razı salmağa çalışır. Rəhbərlik onun gələn mövsüm komandaya Çempionlar Liqasında kömək edə biləcəyini düşünür. “Neradzurra”nın bu istəyi reallaşmasa, “Roma”lı Edin Dzeko və “Çelsi”li Olivye Jiru ilə danışıq aparılacaq.

Qeyd edək ki, Serxio Aqueronun “Mançester Siti” ilə müqavilə müddəti mövsümün sonunda bitir.