09:52 28-04-2021
news_image
110
FUTBOL

İldə 15 milyon dollar – ərəblərdən cəlbedici təklif

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Xuan Mata karyerasını Asiyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, 32 yaşlı ispaniyalı yarımmüdafiəçi Səudiyyə Ərəbistanından cəlbedici təklif alıb.

Adı açıqlanmayan klub Mataya ildə 15 milyon dollar maaş təklif edib Lakin ispaniyalı hələ düşünməyə üstünlük verib.

Müqaviləsi yayda başa çatacaq Xuana vətənində oynamaq variantı da var. Bir müddət əvvəl onunla “Valensiya” maraqlanırdı.

Qeyd edək ki, Mata cari mövsüm Premyer Liqada 7 oyun keçirib.