10:01 28-04-2021
news_image
122
FUTBOL

Böyük məşqçilərə və ispanlara uduzmur - Tuxel

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda “Çelsi” səfərdə “Real”la 1:1 hesablı bərabərə qalıb.

Apasport.az saytının məlumatına görə, London klubunun baş məşqçisi Tomas Tuxel uğurlu seriyasını bu görüşdə də davam etdirib.

“Zadəganlar” almaniyalı mütəxəssisin rəhbərliyi altında qarşılaşdığı 7 böyük baş məşqçiyə uduzmayıb. Onun komandası Premyer Liqada Joze Mourinyonun “Tottenhem”inə (1:0), Yurgen Kloppun “Liverpul”una (1:0), Karlo Ançelottinin “Everton”una (2:0), İngiltərə kubokunun yarımfinalında Pep Qvardiolanın “Mançester Siti”sinə (1:0), Çempionlar Liqasının 1/8 final mərhələsində Dieqo Simeonenin “Atletiko”suna (1:0, 2:0) qalib gəlib, dünən isə Zinəddin Zidanın “Real”ı ilə heç-heçə edib.

Üstəlik, Tuxelin çalışdırdığı komanda indiyə qədər İspaniya klublarına uduzmayıb – 3 qələbə, 4 heç-heçə. O, PSJ və Dortmund “Borussiya”sında çalışdığı dönəmdə də Çempionlar Liqasında ispanlara məğlub olmayıb.

Qeyd edək ki, “Çelsi” ilə “Real” arasında cavab görüşü mayın 5-də İngiltərədə keçiriləcək.