10:05 28-04-2021
news_image
194
AVRO-2020

Renato və izləyiciləri – AVRO-2020-yə doğru

Avropa çempionu olan ən gənc oyunçuların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, AVRO-2020 ərəfəsində dərc olunan siyahıya Renato Sançeş başçılıq edir.

Portuqaliyalı 5 il öncə AVRO-2016-da qızıl medal qazanan gənc istedad 19 yaşı olmadan uğur qazanıb. Onun ən yaxın izləyiciləri almaniyalılar Lotar Matteusla Eyke İmmel də 20 yaşadək çempionluq yaşayıb. Ümumiyyətlə ilk “9-luq”da 6 almaniyalı yer alıb.

Qeyd edək ki, iyunun 11-də başlayacaq AVRO-2020 11 şəhərdə o cümlədən Bakıda keçiriləcək.

yer

futbolçu

komanda

yaş

Il

1

Renato Sançeş

Portuqaliya

18-328

2016

2

Lotar Mateus

Almaniya

19-093

1980

3

Eyke İmmel

Almaniya

19-208

1980

4

Pyetro Anastasi

İtaliya

20-064

1968

5

Rayner Bonhof

Almaniya

20-081

1972

6

Qalyeqo

İspaniya

20-109

1964

7

Uli Hönüss

Almaniya

20-165

1972

8

Bernd Şuster

Almaniya

20-183

1980

9

Paul Braytner

Almaniya

20-287

1972