10:14 28-04-2021
news_image
64
FUTBOL

“Çelsi”nin və ölkəsinin tarixinə düşdü – qol vurmaqla

Çempionlar Liqasının (ÇL) yarımfinal mərhələsində “Real”la səfər oyunu “Çelsi”nin yarımmüdafiəçisi Kristian Pulişiç üçün əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçu bu qarşılaşmada fərqlənməklə tarixə düşüb.

Matçın 14-cü dəqiqəsində hesabı açan Pulişiç ÇL-in tarixində yarımfinalda qol vuran ilk amerikalı futbolçu olub. Pulişiç eyni zamanda bu mərhələdə “Çelsi”nin heyətində fərqlənən ən gənc (22 yaş 221 gün) oyunçu ünvanına yiyələnib.

Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Bu komandalar arasında cavab görüşü mayın 5-də “Stemford Bric”də keçiriləcək.