10:23 28-04-2021
news_image
181
FUTBOL

Ronaldonu keçdi – Benzema

İspaniyanın “Real” klubunun futbolçusu Kərim Benzema Çempionlar Liqasının son üç mövsümündə vurduğu qolların sayını 15-ə çatdırıb.

Apasport.az saytının məlumatına görə, fransalı forvard “Çelsi” ilə yarımfinalın ilk oyununda (1:1) fərqlənib.

Bununla da Kərim son üç mövsümdəki qol sayında Kriştiano Ronaldonu keçib. Söhbət portuqaliyalı ulduzun “Real”dan getməsindən sonrakı dövrdən gedir.

Ronaldo İspaniya nəhəngini tərk edəndən sonra “Yuventus”da 14 qol vurub. Benzema sabiq komanda yoldaşı ilə yolları ayrıldıqdan sonra ondan çox fərqlənib.

Qeyd edək ki, Ronaldo 2018-ci ilin yayında “Real”dan “Yuventus”a keçib.