11:43 28-04-2021
news_image
242
FUTBOL

“Qarabağ” “Neftçi”yə çatmaq, “Zirə” ilk arzusunda – rekord təkrarlanacaqmı?

Sabah Azərbaycan kubokunda yarımfinalın cavab oyunları keçiriləcək.

Apasport.az saytının məlumatına görə, finalçıların adları eyni gündə bəlli olacaq.

“Sumqayıt”la səfərdə qolsuz heç-heçə edən “Qarabağ” öz meydanında yarımfinal səddini adlamağa çalışacaq. Ağdam təmsilçisi bunu bacarsa, tarixində 10-cu dəfə kubokun finalında oynayacaq.

“Qarabağ” bununla da turnirin rekorduna şərik olacaq. İndiyədək ən çox final oynayan komanda “Neftçi” 10 dəfə həlledici görüşün iştirakçısı kimi meydana çıxıb.

“Sumqayıt” isə ikinci dəfə yarımfinal səddini adlamaq arzusundadır. “Gənclik şəhəri” təmsilçisi iki il öncə baş tutan son finalda “Qəbələ”yə uduzub.

“Keşlə”ni rəqib meydanında 2:1 hesabı məğlub edən “Zirə” isə kubokun tarixinə 18-ci kimi düşə bilər. Söhbət final həyəcanı yaşamış klublar siyahısından gedir. İndiyədək yarımfinaldan uzaq getməyən zirəlilər ilk arzusundadır. Bunadək 17 komanda finalda oynayıb.

“Keşlə” səfərdə revanş ala bilsə, 6-cı dəfə kubokun bir addımlığında olacaq. 5 dəfə buna nail olan bakılılar “Xəzər Lənkəran”la şərikdir. “Keşlə” 3-cü yerin vahid sahibi olmaq üçün “Zirə” səddini adlamalıdır.

1. Neftçi - 10
2. Qarabağ - 9
3-4. Xəzər Lənkəran - 5
Keşlə - 5
5-6. Kəpəz - 4
Qəbələ - 4
7. Bakı - 3
8-9. Kür-Nur - 2
Şəmkir - 2
10-17. İnşaatçı B - 1
Şəfa - 1
Xəzri - 1
MKT-Araz - 1
Karvan - 1
Xəzər L - 1
İnşaatçı S - 1
Sumqayıt - 1