13:53 28-04-2021
news_image
892
DİGƏR NÖVLƏR

"Azad Rəhimovun vəziyyəti çox ağırdır" - Səmayə Məmmədova

Gənclər və idman naziri Azad Rəhimovun vəziyyəti ağırlaşıb.

Bu barədə APA-ya Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirib.

O, ağ ciyər xərçəngindən əziyyət çəkən nazirin vəziyyətinin çox ağır olduğunu qeyd edib.

A. Rəhimovun səhhəti bir neçə ay əvvəl pisləşib və ABŞ-da əməliyyat olunub. Nazirin komaya düşdüyü bildirilirdi.