15:25 28-04-2021
news_image
558
TOP OYUNLARI

“Şirin anlar və həyatım üçün əhəmiyyətli görüşlər oldu” - Natalya Məmmədova

“Həmin an gəlib çatdı... Mən karyeramı bitirirəm”.

Apasport.az saytının məlumatına görə, bu sözlər Azərbaycan millisinin sabiq voleybolçusu Natalya Məmmədovaya məxsusdur.

Təkcə ölkəmizin deyil, dünya voleybolunun ulduzlarından sayılan hücumçu karyerasını bitirməsinə şərh verib. O, sosial şəbəkə paylaşımında voleybola vida etməsinə baxmayaraq, bu idman növünə olan sevgisindən bəhs edib: “Bu yolda qələbə sevinci, məğlubiyyət acısı, medal və mükafatlar, sonsuz məşqlər, dünyanı təkrar-təkrar səyahət etmək, şirin anlar və həyatım üçün əhəmiyyətli görüşlər oldu. Bütün bunlar mənim bir parçamdır və həmişəlik ürəyimdə qalacaq. Bu yolda mənimlə olan, dəstəkləyən, inkişafımda rol oynayan, mənə bu möhtəşəm idman növünü öyrədən hər kəsə təşəkkür edirəm”.

Qeyd edək ki, Natalya 2004-18-ci illərdə Azərbaycan yığmasında oynayıb.