15:52 28-04-2021
news_image
128
FUTBOL

“Meydana çıxmağa hazıram” - Patrik Andrade

“Qarabağ”ın futbolçusu Patrik Andrade zədə problemini arxada qoyub.

Apasport.az saytının məlumatına görə, bunu kabo-verdeli yarımmüdafiəçinin özü açıqlayıb.

Patrik klubun saytına açıqlamasında zədəsini sağaltdığını, Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Sumqayıt”la sabahkı cavab qarşılaşmasına tam olmasa da, hazır olduğunu bildirib: “Premyer Liqanın XXIII turunda “Səbail”lə matçdan sonra sol ayağımın arxa tərəfində ağrılar hiss etməyə başladım. MRT-dən (Maqnit Rezonans Tomoqrafiya) sonra məlum oldu ki, birinci dərəcəli yırtıq var. Bu səbəbdən bir neçə oyunu buraxmalı oldum. Artıq komanda ilə məşqlərə başlamışam. Özümü normal hiss edirəm. Baş məşqçimiz şans verərsə, meydana çıxmağa hazıram”.

Qeyd edək ki, aprelin 29-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Sumqayıt” görüşü saat 17:00-da başlayacaq. Sumqayıtda keçirilən ilk oyun qolsuz başa çatıb.