17:31 28-04-2021
news_image
179
FUTBOL

Ən bahalı 10 baş məşqçi transferi - futbol tarixində

“Leypsiq”in baş məşqçisi Yulian Naqelsmann mövsümün sonunda “Bavariya”nın sükanı arxasına keçəcək.

Apasport.az saytının məlumatına görə, bu, Münhen klubuna 25 milyon avroya başa gəlib ki, 33 yaşlı mütəxəssis təkcə Bundesliqa yox, dünya futbolunun ən bahalı baş məşqçi transferi kimi tarixə düşüb.

Futbol tarixinin ən bahalı 10 baş məşqçisinin siyahısı açıqlanıb. Maraqlıdır ki, onlar arasında yer alan daha bir çalışdırıcı yeni komandasının sükanı arxasına keçmək üçün yayı gözləyir. Bu, “Ayntraxt”ı Mönhenqladbax “Borussiya”sına dəyişəcək Adi Hütterdir.

Şimali İrlandiyalı Brendan Rojers isə siyahıya iki dəfə düşüb. Çünki həm “Liverpul”, həm də “Lester” onu kluba gətirmək üçün yüksək məbləğdə təzminat ödəyib.

Dünya futbolunun ən bahalı 10 baş məşqçisi bunlardır:

1. Yulian Naqelsmann - 25 milyon
“Leypsiq”dən “Bavariya”ya (2021-ci ildə)

2. Joze Mourinyo - 16 milyon
“İnter”dən “Real”a (2010)

3. Andre Villaş-Boaş - 15 milyon
“Porto”dan “Çelsi”yə (2011)

4. Brendan Rojers – 10,4 milyon
“Seltik”dən “Lester”ə (2019)

5. Ruben Amorim - 10 milyon
“Braqa”dan “Sportinq”ə (2020)

6. Adi Hütter – 7,5 milyon
“Ayntraxt”dan Mönhenqladbax “Borussiya”sına (2021)

7. Brendan Rojers – 6,2 milyon
“Suonsi”dən “Liverpul”a (2012)

8. Mark Hyuz – 6,2 milyon
“Blekbern”dən “Mançester Siti”yə (2008)

9. Ronald Kuman - 6 milyon
“Sauthempton”dan “Everton”a (2015)

10. Mauritsio Sarri – 5,5 milyon
“Çelsi”dən “Yuventus”a (2019)