17:43 28-04-2021
news_image

Luislə döyüşünün vaxtı bəlli oldu – Taysonun

Peşəkar boks üzrə sabiq dünya çempionu Mayk Taysonun növbəti döyüşünün vaxtı bəlli olub.

Apasport.az saytının məlumatına görə, bunu 54 yaşlı veteran boksçunun özü açıqlayıb.

Tayson rinqə sentyabrda çıxacağını bildirib: “Sabiq çempion Lennoks Luislə sentyabrda döyüşmək niyyətindəyəm”.

Qeyd edək ki, 2002-ci ilin iyununda Luis Taysonu 8-ci raundda nokauta salıb.