09:00 29-04-2021
news_image
68
FUTBOL

Həftənin futbolçusu adına namizədlər - Çempionlar Liqasında

Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlər müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, UEFA bu ada 4 iddiaçını açıqlayıb.

Bunlar “Çelsi”nin yarımmüdafiəçisi Nqolo Kante, “Mançester Siti”nin pleymeykeri Kevin De Bruyne, PSJ-nin ön xətt oyunçusu Anxel Di Mariya və “Real”ın hücumçusu Kərim Benzemadır. Azarkeşlər arasında aparılan sorğunun nəticəsi sabah bilinəcək.

Qeyd edək ki, Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunlarında “Real” “Çelsi” ilə (1:1) heç-heçə edib, “Mançester Siti” səfərdə PSJ-ni 2:1 hesabı ilə məğlub edib.