10:10 29-04-2021
news_image
89
FUTBOL

Çempionlar Liqasında İngiltərə finalına doğru – tarixdə 7 beləsi olub

Çempionlar Liqasının ilk yarımfinal oyunları başa çatıb.

Apasport.az saytının məlumatına görə, İngiltərədə keçiriləcək cavab görüşləri ərəfəsində britaniyalılar finala daha yaxındır. 

Fransada PSJ-ni 2:1 hesabı ilə məğlub edən “Mançester Siti” daha şanslıdır. “Real”la İspaniyadakı qollu heç-heçədən (1:1) sonra “Çelsi” də kiçik üstünlüyə malikdir. 

Bu isə İngiltərə finalının baş tutmaq ehtimalını artırır. Belə hadisə isə turnir üçün yenilik deyil. Söhbət eyni ölkə təmsilçilərinin finalından gedir.

1992-ci ilədək Çempionlar kuboku, sonra Çempionlar Liqası adlanan turnirin 66 illik tarixində 7 dəfə belə final izlənilib. Həmin görüşlərin siyahısını təqdim edirik:

1. İspaniya finalı
1999/2000. “Real” – “Valensiya” – 3:0

2. İtaliya finalı
2002/2003. “Milan” – “Yuventus” – 0:0, pen.3:2

3. İngiltərə finalı
2007/2008. “Mançester Yunayted” – “Çelsi” – 1:1, pen.6:5

4. Almaniya finalı
2012/2013. “Bavariya” – “Borussiya” D – 2:1

5. İspaniya finalı
2013/2014. “Real” – “Atletiko” – 4:1, əlavə vaxtda

6. İspaniya finalı
2015/2016. “Real” – “Atletiko” – 1:1, pen.5:3

7. İngiltərə finalı
2018/2019. “Liverpul” – “Tottenhem” – 2:0