10:46 21-08-2008
news_image
357
STOLÜSTÜ OYUNLAR

Azərbaycan yığması Ümumdünya Şahmat Olimpiadasında Türkiyəni məğlub edib

Bakı. Kənan Həsənov - APA-Sport. Türkiyənin Mərsin şəhərində təşkil olunan 16 yaşadək şahmatçıların Ümumdünya Olimpiadasında növbəti iki turun oyunları keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan milli komandası V tur çərçivəsində Gürcüstanla heç-heçə (2:2) edib. Növbəti oyunda isə komandamız Türkiyə yığmasına 3:1 hesabı ilə qalib gəlib. Xallarının sayını 15-ə çatdıran və 7-ci pillədəki mövqeyini qoruyan komandamız sabah VII turda eyni göstəriciyə malik Slovakiyanı sınağa çəkəcək.
Qeyd edək ki, 10 turdan ibarət olan və avqustun 24-də başa çatacaq olimpiadanın mükafatları uğrunda 26 komanda mübarizə aparır.