11:04 29-04-2021
news_image
403
FUTBOL

Ronaldodan onu zorladığı üçün 56,6 milyon tələb edir – amerikalı model

Portuqaliya millisinin və “Yuventus”un futbolçusu Kriştiano Ronaldonu onu zorlamaqda ittiham edən amerikalı model Ketrin Mayorqa kompensasiya istəyir.

Apasport.az saytının məlumatına görə, o, ümumilikdə 56,6 milyon funt sterlinq tələb edir.

Bunun 18 milyonu keçmişdəki ağrı-acılara, 18 milyonu gələcəkdə onu rahat buraxmayacaq ağrı-acılara görədir. Ronaldo daha 18 milyonu cərimə sanksiyası kimi ödəməli, Katrinin məhkəmə müddətindəki 2,6 milyonluq xərclərini də qarşılamalıdır.

Qeyd edək ki, məhkəmə prosesi 2018-ci ilin sentyabrında başlayıb. Model Ronaldonun onu 2009-cu ilin iyununda otellərin birində zorladığını iddia edib. Onun sözlərinə görə Ronaldo susmaq üçün 375 min dollar verib. Portuqaliyalı bu pulu verdiyini də boynuna alıb. 2019-cu ilin iyununda Las-Veqas məhkəməsi araşdırmalara son verib. Prokurorluq Ronaldonun ittihamla bağlı məsuliyyətə cəlb olunmayacağını açıqlayıb.