12:24 29-04-2021
news_image
122
FUTBOL

Əvəzləyicisi açıqlandı - Naqelsmannın

Almaniyanın “Leypsiq” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bunu Bundesliqa klubunun mətbuat xidməti açıqlayıb.

Növbəti mövsümdən “Bavariya”nı çalışdıracaq Yulian Naqelsmannı Cessi Marş əvəzləyəcək. Hazırda Avstriya “Zalsburq”unu çalışdıran 47 yaşlı amerikalı mütəxəssis Leypsiqin eyniadlı təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Naqelsmannla 5 illik müqavilə bağlayan “Bavariya” bunun üçün “Leypsiq”ə 25 milyon avro ödəyib.