00:34 30-04-2021
news_image
271
FUTBOL

Hər ilin ən bahalı transferi – son 25 ildə

Mövsüm sona yaxınlaşdıqca klublar transfer çalışmalarına başlayıb.

Apasport.az saytının məlumatına görə, indidən bütün diqqətlər Kilian Mbappe və Erlinq Haland kimi hücumçuların üzərinə yönəlib.

Çünki məhz onların transferi rekord məbləğə başa gələ bilər. Koronavirusun yaratdığı maliyyə problemi ilə bağlı yayda supertransfer məhdud sayda ola bilər. Ancaq futbolçuların qiymətlərinin ildən-ilə artdığını nəzərə alsaq, yeni klubların yüksək məbləğlər xərcləməsi qaçılmazdır.

Bu yazıda isə 1996-cı ildən bəri hər ilin ən bahalı transferini xatırlayacağıq...

Alan Şirer - 21 milyon avroya
1996-97: “Blekbern”dən “Nyukasl”a

Ronaldo - 28 milyon
1997-98: “Barselona”dan “İnter”ə

Denilson – 31,5 milyon
1998-99: “San Paulo”dan “Betis”ə

Kristian Vyeri – 46,5 milyon
1999-2000: “Latsio”dan “İnter”ə

Luiş Fiqo - 60 milyon
2000-01: “Barselona”dan “Real”a

Zinəddin Zidan – 77,5 milyon
2001-02: “Yuventus”dan “Real”a

Rio Ferdinand - 46 milyon
2002-03: “Lids”dən “Mançester Yunayted”ə

Devid Bekhem – 37,5 milyon
2003-04: “Mançester Yunayted”dən “Real”a

Didye Droqba – 38,5 milyon
2004-05: “Marsel”dən “Çelsi”yə

Maykl Essyen - 38 milyon
2005-06: “Lion”dan “Çelsi”yə

Andrey Şevçenko – 43,9 milyon
2006-07: “Milan”dan “Çelsi”yə

Fernando Torres - 38 milyon
2007-08: “Atletiko”dan “Liverpul”a

Robinyo - 43 milyon
2008-09: “Real”dan “Mançester Siti”yə

Kriştiano Ronaldo - 94 milyon
2009-10: “Mançester Yunayted”dən “Real”a

Fernando Torres – 58,5 milyon
2010-11: “Liverpul”dan “Çelsi”yə

Xavyer Pastore - 42 milyon
2011-12: “Palermo”dan PSJ-yə

Tyaqo Silva - 42 milyon
2012-13: “Milan”dan PSJ-yə

Qaret Beyl - 101 milyon
2013-14: “Tottenhem”dən “Real”a

Luis Suares – 81,7 milyon
2014-15: “Liverpul”dan “Barselona”ya

Kevin De Bruyne - 76 milyon
2015-16: “Volfsburq”dan “Mançester Siti”yə

Pol Poqba - 105 milyon
2016-17: “Yuventus”dan “Mançester Yunayted”ə

Neymar - 222 milyon
2017-18: “Barselona”dan PSJ-yə

Kilian Mbappe - 145 milyon
2018-19: “Monako”dan PSJ-yə

Joao Feliks - 126 milyon
2019-20: “Benfika”dan “Atletiko”ya

Kay Haverts – 77 milyon
2020-21: “Bayer”dən “Çelsi”yə