13:36 29-04-2021
news_image
165
FUTBOL

Qərarını rəhbərliyə bildirdi – Serxio Ramos

“Real”ın kapitanı Serxio Ramos qərarını rəhbərliyə bildirib.

Apasport.az saytının məlumatına görə, klubla müqavilə müddəti mövsümün sonuna qədər olan 35 yaşlı müdafiəçi komandada qalmaq niyyətindədir.

Ramos bunun üçün şərtlərini təqdim edib. O, yeni iki illik saziş bağlamaq niyyətindədir və bunun baş tutması üçün maaşını 10 faiz azaltmağa razıdır. Bu məsələdə son sözü “kral klubu” deyəcək. Çünki madridlilər bir müddət əvvəl məvacibinin 20 faiz azaldılması şərtilə 1 illik anlaşma təklif etmişdi.

Qeyd edək ki, Serxio Ramos cari mövsüm La Liqada 15 oyun keçirib, 2 qola imza atıb.