15:37 29-04-2021
news_image
105
FUTBOL

“Latsio”ya keçir? - Riberi

İtaliyanın “Fiorentina” klubunun futbolçusu Frank Riberi Florensiya təmsilçisindən ayrılmağa hazırlaşır.

Apasport.az saytının məlumatına görə, veteran yarımmüdafiəçi A seriyasının digər klubuna keçə bilər.

Müqaviləsi yayda başa çatan fransalı hələ də “Fiorentina” ilə anlaşmanı uzatmayıb. Buna səbəb “Latsio”dan da təklifin olmasıdır. 38 yaşlı orta sahə oyunçusu da Roma klubuna keçidə müsbət yanaşır.

Qeyd edək ki, Riberi cari mövsümün 26 oyununda 2 qol vurub.