15:41 29-04-2021
news_image
87
FUTBOL

Mövsümü bitirdi – Karvaxal

İspaniyanın “Real” klubunun futbolçusu Daniel Karvaxalın durumuna aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının yarımfinal mərhələsinin “Çelsi” ilə oyununda (1:1) zədələnən müdafiəçi üçün mövsüm başa çatıb.

Bu, Karvaxalın müayinəsindən sonra bəlli olub. 77-ci dəqiqəsində zədə üzündən əvəzləndiyi “Çelsi” ilə görüşdən sonra istirahəti başa vurub məşqlərə başlayan komandadan növbəti dəfə ayrı düşüb.

Qeyd edək ki, bu ilin fevralında “Valensiya” ilə görüşdə də zədə alan Karvaxal təxminən iki ay kənarda qalmışdı.