16:07 29-04-2021
news_image
1288
FUTBOL

“Onlar Avropanın aparıcı liqalarında da sözünü deyə bilərlər” – de Byazi 3 futbolçumuzu fərqləndirdi

“Ölkə xaricində vacib işlər görmək imkanı qazanmaq çox xoşdur. Bu, məşqçilik məktəbimizə qürur gətirir. Fəxr edirəm ki, xaricdə İtaliyanı təmsil edirəm”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi deyib.

İtaliyalı mütəxəssis vətənində verdiyi müsahibədə Azərbaycan futbolu, həmçinin ölkəmizdə istedadlı oyunçuların olması barədə də danışıb: “Burada, Azərbaycanda, xüsusilə də mənim komandamda 2-3 çox istedadlı gənc futbolçu var ki, Avropanın aparıcı liqalarında da sözünü deyə bilər. Problem ondadır ki, onlar Avropa İttifaqında legioner statusu daşıdığından başqalarının yerini tuta bilər. Onlar İtaliya, İspaniya, İngiltərə və Almaniya kimi güclü olmayan liqada oynadığından təcrübələri çatışmır. Amma böyüklərlə mübarizə aparmaq imkanları olanda, sözlərini deyə bilərlər. Düşünürəm ki, “Atalanta” onlara nümunə ola bilər. Çünki bu klub əksəriyyətin tanımadığı ukraynalı Ruslan Malinovski kimi futbolçunu heyətinə qatıb. Bu da skautların işi sayəsində mümkün olub”.