16:56 29-04-2021
news_image
119
FUTBOL

ABŞ-ın bombardirləri – Çempionlar Liqasında

Son illər Avropada çıxış edən amerikalı futbolçuların sayında artım müşahidə olunur.

Apasport.az saytının məlumatına görə, artıq bəzi nəhəng klublarda da ABŞ millisinin üzvlərinə rast gəlmək mümkündür.

Bu, Çempionlar Liqasında (ÇL) çıxış edən ABŞ-lı oyunçuların qol sayına da təsir edir. “Çelsi”nin heyətində yarımfinal mərhələsində “Real”la matçda fərqlənən Kristian Pulişiçi misal göstərmək olar. Gənc futbolçu bununla yarımfinalda qol vuran ilk amerikalı olmaqla yanaşı, həm də ölkəsinin ən nüfuzlu klub turnirindəki bombardirinə çevrilib.

ÇL-də ən çox qol vuran ABŞ futbolçularına göz gəzdirək:

1. Kristian Pulişiç (“Çelsi”) - 5 qol
2. Damarkus Bizli (PSV, “Reyncers”) - 4 qol
3-5. Fabian Conson (“Borussiya”, Mönhenqladbax) - 2 qol
3-5. Cermeyn Cons (“Şalke”) - 2 qol
3-5. Ueston Makkenni (“Şalke”, “Yuventus”) - 2 qol