17:45 29-04-2021
news_image
305
FUTBOL

“Azərbaycan yığmasında oynamaq şansım yoxdur” – Əmir Ağayev

“Fikrimcə, artıq Azərbaycan yığmasında oynamaq şansım yoxdur”.

Apasport.az saytının məlumatına görə, bunu “Sumqayıt”ın sabiq futbolçusu Əmir Ağayev deyib.

Azərbaycan millisinə dəvət olunması üçün FİFA-ya müraciət edilən israilli yarımmüdafiəçi yığmamızda oynamaq perspektivinə azerisport.com saytına açıqlamasında aydınlıq gətirib. Hazırda Yunanıstanın “Atromitos” klubunda çıxış edən futbolçu qeyri-müəyyənlikdə olduğunu bildirib: “Əslində, mən hələlik heç nə bilmirəm. Ən yaxşısı onlardan soruşun. Problemin nədə olduğu barədə məlumatsızam. Buna görə də heç nə deyə bilmərəm. Gözləyirəm, başqa edə biləcəyim nə isə yoxdur”.

Qeyd edək ki, 2019/20 mövsümündə “Sumqayıt”da oynamış Əmir İsrailin U-19 və U-21 yığmalarının formasını geyinib.