22:42 29-04-2021
news_image
291
FUTBOL

3-cü komanda oldu – “Keşlə”

Azərbaycan Kubokunda ikinci finalçının adına aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, yarımfinal mərhələsində “Zirə”ni üstələyən “Keşlə” tarixində 6-cı dəfə həlledici qarşılaşmada iştirak imkanı əldə edib.

Evdə 1:2 hesablı məğlubiyyətə baxmayaraq, səfərdə daha çox qol vuran keşləlilər (3:2) həlledici qarşılaşmada iştirak imkanı əldə edib. Bununla qəsəbə təmsilçisi “Neftçi” (10 dəfə) və “Qarabağ”dan (9) sonra finala ən çox adlayan üçüncü komanda olub.

İki il əvvəl “Qəbələ”nin sükanı arxasında ölkə kubokunu qazanan və bu titulun hazırkı sahibi hesab edilən Sənan Qurbanovun eyni uğuru təkrarlaması yolunda son maneəsi “Sumqayıt” olacaq.

“Keşlə” ilə “Sumqayıt” arasında həlledici matç mayın 24-də baş tutacaq.