09:52 30-04-2021
news_image
88
FUTBOL

32-ci qələbə ilə - 32-ci çempionluq

Avropanın daha bir ölkəsində çempion müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, “Srvena Zvezda” Serbiya çempionatının qızıl medallarını təmin edib.

Belqrad təmsilçisi buna XXXIV turda nail olub. “Voyvodina”nı 1:0 hesabı ilə yenən paytaxt təmsilçisi xal hesabını 98-ə çatdırıb.

Məğlubiyyətsiz irəliləyən “Srvena Zvezda”nın aktivində 32 qələbə və 2 heç-heçə var. Finişə 4 tur qalmış “Partizan”ı 12 xal qabaqlayan “Srvena Zvezda” şəxsi oyundakı üstünlük sayəsində 1-ci yeri təmin edib.

Qeyd edək ki, paytaxt klubu tarixində 32-ci dəfə ölkə çempionu adını qazanıb.