00:08 01-05-2021
news_image
408
FUTBOL

7-ci məkan – Azərbaycan kubokunda

Azərbaycan kubokunun final oyunu ilk dəfə “Bank Respublika Arena”da baş tutacaq.

Apasport.az saytının məlumatına görə, Masazırdakı stadion həlledici matçı qəbul edəcək 7-ci məkan olacaq.

Əvvəlki 28 mövsümün baş tutan 26 finalına 6 stadion ev sahibliyi edib. Bu arenaları təqdim edirik:

Tofiq Bəhramov adına Respublika stadionu – 20 dəfə

Qəbələ şəhər stadionu – 2 dəfə (2014/15, 2017/18)

Naxçıvan şəhər stadionu – 2 dəfə (2016/17, 2018/19)

Mehdi Hüseynzadə adına Sumqayıt stadionu – 1 dəfə (2000/01)

“Şəfa” stadionu (indiki ASK Arena) – 1 dəfə (2005/06)

“Dalğa Arena” – 1 (2011/12)

“Bank Respublika Arena” – 1 (2020/21)