14:18 30-04-2021
news_image
189
FUTBOL

Ulduz futbolçu satılır – 2 transfer üçün

“Mançester Siti” hücumçusu Rahim Sterlinqlə yollarını ayıra bilər.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa klubu ulduz futbolçunu satmağın əleyhinə deyil.

“Şəhərlilər”in baş məşqçisi Pep Qvardiola Dortmund “Borussiya”sının hücumçusu Erlinq Haland və “Aston Villa”nın yarımmüdafiəçisi Cek Qrilişi sərəncamında görmək istəyir. Rəhbərlik Sterlinqin satışından əldə olunacaq gəlirlə bu transferləri reallaşdırmaq niyyətindədir.

Qeyd edək ki, Rahim Strlinqin xidmətində ən çox maraqlı olan klub “Real”dır.