17:49 02-05-2021
news_image
208
FUTBOL

Konkovun ailəsi Cakartada problem yaşadı - FOTOSESSİYA

Bakının “Keşlə” klubunun sabiq baş məşqçisi və vitse-prezidenti Anatoli Konkovun həyat yoldaşı xoşagəlməz hadisə ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, bunu Mariya Konkovanın özü açıqlayıb.

Ukrayna Futbol Federasiyasının sabiq prezidenti, futbolçu kimi Kuboklar kuboku və Superkubokun qalibi, AVRO-1972-nin finalçısının xanımı İndoneziyada istirahət etmək arzusunun güdazına gedib. Mariya əziyyət çəkdiyi allergiyadan müalicə olunmaq, həm də serfinqlə məşğuliyyət üçün Asiya ölkəsinə səfər edib.

Lakin xanım və 7 aylıq körpəsi Aleksandra Cakartaya düşən kimi karantinə alınıb. Mariya öncədən bunun üçün məsləhətli otel sifariş etsə də, həmin yer qapalı olduğundan ukraynalılar xoşagəlməz vəziyyətlə üzləşib. Onları sərt karantin üçün darısqal və havasız otaqda saxlayıblar.

Qeyd edək ki, Konkov 2004/05 mövsümündə “İnter” adlanan “Keşlə” ilə Azərbaycan kubokunun finalçısı olub.