14:36 30-04-2021
news_image
302
FUTBOL

Yeni müqavilə bağladı – tarixə düşən baş məşqçi

“Ayaks”ın baş məşqçisi Erik Ten Haqın taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, Amsterdam təmsilçisi adı bir neçə nəhəng klubla hallanan çalışdırıcı ilə yeni müqavilə imzalandığını açıqlayıb.

Ten Haq eyni zamanda Niderland futbol tarixinə düşüb. Onun rəhbərliyi altında komanda Niderland çempionatında keçirdiyi 105 matçın 78 faizində qələbə qazanıb. Bu isə Erediviziya tarixində 100 və daha çox oyuna çıxan baş məşqçilər arasında ən yüksək göstəricidir.

Qeyd edək ki, “Ayaks” Niderland çempionatında 30 turdan sonra 76 xalla turnir cədvəlinə başçılıq edir.