15:10 30-04-2021
news_image
105
FUTBOL

Yeni müqaviləni razılaşdırdı - “Real”

“Real”ın yarımmüdafiəçisi Lukas Vaskesin komandada qalma ehtimalı böyükdür.

Apasport.az saytının məlumatına görə, “kral klubu” futbolçu ilə yeni müqavilə imzalamağa yaxındır.

Madrid təmsilçisi 29 yaşlı cinah oyunçusuna şərtləri yaxşılaşdırılmış 3 illik sözləşmə təklif edib. Üstəlik, müqaviləyə müddətin daha bir il artırılması maddəsi də əlavə olunacaq. İllik əməkhaqqı isə 5 milyon avro nəzərdə tutulub. Vaskes bu şərtlərlə yeni sazişə razıdır. Yaxın müddətdə məsələnin rəsmiləşməsi gözlənilir.

Qeyd edək ki, “Real”la müqavilə müddəti yaya qədər olan Lukas Vaskes bu mövsüm La Liqada 24 oyunda 2 qol vurub, 5 məhsuldar ötürmə verib.